BƏLƏDİYYƏ

Boradigah bələdiyyəsi vergi ödəyicilərinə müraciət edib

Boradigah bələdiyyəsi vergi ödəyicilərinə müraciət edib

Masallı rayonu Boradigah bələdiyyəsi vergi ödəyicilərinə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli sakinlərimiz,

Sizə xatırladırıq ki, fiziki şəxslərin torpaq və əmlak vergisinin ödənilməsi qanunla müəyyən edilmiş və hər bir vətəndaşın hüquqi öhdəliyidir.

Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, vergi öhdəliyinin icrası gecikdirildikdə, hər gecikmiş gün üçün 0,1% əlavə hesablanır.

Bələdiyyə tərəfindən vergi bildirişlərinin böyük bir hissəsi vətəndaşlara artıq təqdim olunmuşdur.

Lakin təəssüflə bildiririk ki, bəzi sakinlərin “mən heç vaxt vergi ödəməmişəm və ödəmək fikrim də yoxdur” kimi yanaşmaları narahatlıq doğurur. Belə münasibət qanunvericiliyə ziddir və cəmiyyət qarşısında məsuliyyətsizlikdir.

Vergi ödəmək təkcə hüquqi öhdəlik deyil, həm də yaşadığınız ərazinin abadlığına sizin birbaşa dəstəyinizdir.

Gəlin, vergi borclarımızı vaxtında ödəyərək, ərazimizin inkişafına birlikdə töhfə verək!

Əlavə məlumat və dəstək üçün Boradigah bələdiyyəsinə müraciət edə bilərsiniz.”

Belediyye.info

Mənbə: Meneviyyat.Az/