Bilal Ərdoğan: Azərbaycanda türk dünyasından gələnlərin birliyini görməkdən məmnunuq
Dünyada mövcud olan mədəni kimlik və dəyərlərin yox olmamasını arzu edirik, biz bunun üçün çalışırıq.
“Report”un Göygölə ezam olunan əməkdaşı xəbər verir ki, bu fikirləri Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan IV Milli Yaylaq Festivalının açılışında jurnalistlərə açıqlamasında deyib.
B.Ərdoğan beynəlxalq səviyyədə bərabərliyin vacibliyinə diqqət çəkib.
“Bu tablonu can Azərbaycanda çox bariz şəkildə görmək mümkündür. Azərbaycanda türk dünyasının dörd yanından gələn ailələrin bir yerdə olmasını, yaşamasını, birlik göstərməsini görməkdən məmnunluğumuzu ifadə edirik. Bu mənada, Prezident İlham Əliyevə milli idman növlərinə və mədəniyyətə sahib çıxdığı üçün təşəkkürlərimi bildirirəm”, – o deyib.
Foto: Zaur Mustafayev
Mənbə: Report.Az