Azərbaycan klubu daha bir legioner basketbolçunu heyətinə qatıb
“Abşeron Lions” daha bir legioner basketbolçunu heyətinə qatıb.
Bu barədə “Report”a klubdan məlumat verilib.
ABŞ-dən olan De Sean Eyksen heyətə cəlb olunub.
Qeyd edək ki, hücumçu mövqeyində çıxış edən oyunçu İngiltərənin “Newcastle Eagles” komandasının formasını geyinib. “Abşeron Lions” daha əvvəl litvalı Orelik Gediminas, ABŞ-dən olan Arinze Çidom, Ceyms Freyzer, Aubri Makalpayn, Ceylan Şou və De Ondre Caksonu heyətinə qatıb.
Mənbə: Report.Az