İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
İsrail ordusu Livanın cənubundakı ərazilərə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, hücumun hədəfi radikal “Hizbullah” təşkilatının yeraltı obyektləri olub.
İsrail ordusu həmin ərazilərdə belə terror obyektlərinin olmasını iki ölkə arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulması adlandırıb.
Mənbə: Report.Az