Peskov: Rusiya-ABŞ sammitindən sonra heç bir sənədin imzalanması planlaşdırılmır
Alyaskada Rusiya-ABŞ sammitindən sonra hər hansı sənəd imzalamaq planı yoxdur.
“Report”un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, gözlənilmir, heç nə hazırlanmayıb və çətin ki, burada hər hansı sənəd olsun”, – o, məsələ ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib.
“Birgə mətbuat konfransının olacağını nəzərə alsaq, prezident, əlbəttə ki, əldə edilə biləcək razılaşma və anlaşmaların spektrini açıqlayacaq”, – Peskov əlavə edib.
Mənbə: Report.Az