İDMAN

Konfrans Liqası: “Omoniya” “Araz-Naxçıvan”la oyunda üçüncü qolu vurub – YENİLƏNİB – 3

Kiprdə yerli “Omoniya” və “Araz-Naxçıvan” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

”Report”un məlumatına görə, meydan sahibləri növbəti dəfə fərqləniblər.

30-cu dəqiqədə Evandro hesabı 3:0 edib.

21:23

Kiprdə yerli “Omoniya” və “Araz-Naxçıvan” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

”Report”un məlumatına görə, meydan sahibləri növbəti dəfə fərqləniblər.

23-cü dəqiqədə Stevan Yovetiç hesabı 2:0 edib.

20:09

Kiprdə yerli “Omoniya” və “Araz-Naxçıvan” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

“Report”un məlumatına görə, matçda ilk qolu meydan sahibləri vurub.

9-cu dəqiqədə Villi Semedo fərqlənib.

20:00

Kiprdə yerli “Omoniya” və “Araz-Naxçıvan” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

“Report”un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub.

Cütün qalibi Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) duelinin məğlubu ilə qarşılaşacaq.

Mənbə: Report.Az