İDMAN

“Beşiktaş” futbolçusunu icarəyə verib

Türkiyənin “Beşiktaş” klubu futbolçusu Fahri Kerem Ayı icarəyə verib.

“Report” xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi 2025/2026 mövsümündə “İstanbulspor”un formasını geyinəcək.

Qeyd edək ki, Fahri Kerem Ay ötən il əsas komandanın heyətinə cəlb edilib. O, dörd matçda meydanda olub.

Mənbə: Report.Az