“Türkman marşı” təqdim edilib
“Türkman marşı” təqdim edilib.
Bu barədə “Report”a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, mahnı “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsi çərçivəsində təqdim olunub.
İctimai Birliyin sədri Şəmistan Əlizamanlı qeyd edib ki, musiqi əsərinin sözləri tanınmış kərküklü şair Sabah Karaaltına məxsusdur.
Yaxın vaxtlarda Kərkükdə sözügedən marşa klip çəkilməsi planlaşdırılır.
Mənbə: Report.Az