BƏLƏDİYYƏ

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatovun növbəti vətəndaş qəbulu olub

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatovun növbəti vətəndaş qəbulu olub

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatovun növbəti vətəndaş
qəbulu olub.

 

Qəbul zamanı şəhər sakinlərinin müxtəlif sahələr üzrə müraciət
və təklifləri dinlənilib, onların həlli istiqamətində müvafiq tapşırıqlar
verilib.

 

Qəbulda iştirak edən vətəndaşlar əsasən mənzil-məişət məsələləri,
sosial problemlər, yaşayış infrastrukturu, abadlıq, sənədləşmə və digər
mövzularla bağlı müraciətlərini səsləndiriblər. Adil Xudadatov hər bir vətəndaşı
diqqətlə dinləyərək onların müraciətlərinə fərdi yanaşıb və bəzi məsələlərin
yerindəcə həll olunması üçün aidiyyəti şöbə rəhbərlərinə konkret göstərişlər
verib.

 

Qəbul zamanı xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sakinlərin
rifah halının yaxşılaşdırılması ilə bağlı fikirlər müzakirə olunub. Bələdiyyə sədri
qeyd edib ki, vətəndaşların müraciətləri yerli özünüidarə orqanlarının fəaliyyətində
əsas prioritet istiqamətlərdən biridir:

 

Sonda qəbulda iştirak edən vətəndaşlar səsləndirdikləri məsələlərə
göstərilən diqqətə görə bələdiyyə sədrinə təşəkkürlərini bildiriblər.

 

Xüsusilə vurğulayaq ki, Sumqayıt Bələdiyyəsi tərəfindən bu
kimi qəbullarının keçirilməsi, vətəndaşlarla birbaşa ünsiyyətə, eləcədə onların
sosial rifahının yüksəldilməsinə xidmət edir.

Sumqayıt Bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/