Alyaskada danışıqlar uğursuz olacağı halda ABŞ sanksiyalara və ya ikinci dərəcəli rüsumlara əl ata bilər
ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib ki, avqustun 15-də ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçirilməsi planlaşdırılan görüşün nəticə verməyəcəyi təqdirdə Vaşinqton sanksiyalar və ikinci dərəcəli rüsumlar tətbiq edə bilər.
“Report” xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
“Tramp Putinə bütün variantların mümkün olduğunu aydın şəkildə bildirəcək”, – o deyib.
Bununla yanaşı, maliyyə naziri Avropa ölkələrinin liderlərini də Tramp-Putin görüşünün Ukraynada atəşkəsin dayandırılması məsələsində nəticəsiz olacağı halda Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Mənbə: Report.Az