İDMAN

Almaniyalı tennisçi setlərarası fasilə zamanı duş qəbul etdiyi üçün diskvalifikasiya olunub

Dünyanın 358 nömrəli tennisçisi, almaniyalı Mats Rozenkrants setlərarası fasilə zamanı duş qəbul etdiyi üçün diskvalifikasiya olunub.

“Report” xəbər verir ki, hadisə Hersonissosda (Yunanıstan) keçirilən “Challenger” yarışında baş verib.

O, dünyanın 561 nömrəli tennisçisi Pyetro Fellinə (İtaliya) qarşı ikinci turun matçında ilk seti 7:5 hesabı ilə qazandıqdan sonra tualet fasiləsi götürərək duşa gedib.

Görüşün hakimi supervayzeri çağıraraq almaniyalını diskvalifikasiya edib. Mats Rozenkrants isə belə bir qadağadan xəbərinin olmadığını bildirib.

Qeyd edək ki, bu qayda dopinqlə bağlıdır. “Böyük Dəbilqə” turnirlərində beş setlik qarşılaşma istisna olmaqla, tennisçilərin oyunların gedişində duşa girmələrinə icazə verilmir.

Mənbə: Report.Az