DÜNYA

İraqda kəskin su çatışmazlığı yaranıb

“Şiddətli quraqlıq və qonşu ölkələrdən su axınının azalması fonunda İraq kəskin su çatışmazlığı ilə üzləşib”.

“Report” xəbər verir ki, bu barədə İraqın kənd təsərrüfatı nazirinin müşaviri Mehdi Damad bildirib.

Damad vurğulayıb ki, İraqı tam su resursları ilə təmin etmək üçün ölkə qonşuları ilə dialoq aparmaq məqsədilə danışıqlar qrupu yaratmalıdır:

“Əyalətlərə içməli suyun çatdırıla bilməməsi və yeraltı su ehtiyatlarının tükənməsi ciddi təhlükə yaradır. 2019-cu ildə yağışlar nəticəsində ehtiyatlar 65 milyard kubmetrə çatıb. İndi qonşu ölkələrdən (İran və Türkiyədən – Qeyd) su axını son dərəcə cüzidir, yağış isə çox azdır”.

Mənbə: Report.Az