Fidan Fərzəliyeva: “Azərbaycan Prezidentinin ölkə bələdiyyələrinin inkişafına söykənən son addımları ümumilikdə bələdiyyə sisteminə göstərilən diqqətin növbəti təzahürüdür”
Fidan Fərzəliyeva: “Azərbaycan Prezidentinin ölkə bələdiyyələrinin inkişafına söykənən son addımları ümumilikdə bələdiyyə sisteminə göstərilən diqqətin növbəti təzahürüdür”
“Vahid informasiya sisteminin təsis edilməsi və onun dövlət
informasiya sisteminə qoşulması nəticə etibari ilə bələdiyyələrdə şəffaflığın və
əvvəllər movcud olmuş neqativ halların qarşısının alınmasına daha bir imkan yaradacaqdır”-
bu fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin
sədri Fidan Fərzəliyeva deyib.
Xanım sədrin sözlərinə görə, Azərbaycan Prezidentinin ölkə bələdiyyələrinin
inkişafına söykənən son addımları ümumilikdə bələdiyyə sisteminə göstərilən
diqqətin növbəti təzahürüdür.
Sədr bələdiyyələrin maliyyə imkanlarının artırılması
üçün bələdiyyələrin milli
assosiasiyaları tərəfindən müəyyən addımların atıldığını, Adminstrasiyanın
müvafiq sektorunun təşkilatçılığı ilə
BAMS proqramının ƏMDX məlumat sisteminə inteqrasiya edilməsinin, BAMS
proqramında ciddi yeniliklərin həyata keçirilməsinin, habelə son aylarda SMS xidməti istifadəyə verilməsinin hər bir bələdiyyənin
büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərmiş oldu.
Xanın sədr bu günlərdə istifadəyə verilən e-belediyye.az
portalı bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsində mühüm rol
oynayacağını xüsusilə qeyd edib.
Fidan Fərzəliyeva sonda bildirib ki, məhz bu addımalrın nəticəsidir
ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin altı ayı ərzində Şabran bələdiyyəsinin büdcə gəlirlərində 15 fazilik artımın müşahidə
edildiyini qeyd edib. İlin sonundək bu rəqəmin artmasını hədəfləmişik.
Sonda Fidan Fərzəliyeva
Şabran RİH-in dəstəyi ilə 2025-ci ilin Şabran bələdiyyəsi üçün dönüş ili olacağına
əminliyini vurğulayib.
Qeyd edək ki, cari ildə birləşdirmə nəticəsində Çölquşçu və Dəvəçi bələdiyyələri Şabran bələdiyyəsinə
birləşdirilib.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/