İDMAN

Konfrans Liqası: “Sabah” – “Levski” oyununa satılan biletlərin sayı açıqlanıb

UEFA Konfrana Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Levski” (Bolqarıstan) oyununa satılan bilet sayı açıqlanıb.

Bakı klubundan “Report”a verilən nəlumata görə, qarşılaşmaya 5000 bilet satılıb.

Qeyd edək ki, “Sabah” – “Levski” görüşü avqustun 14-də Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Komandalar arasında Bolqarıstanda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Mənbə: Report.Az