İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi olaraq maddi-mədəni irsimizin qorunması, mühafizəsi və təbliği ilə bağlı layihələri icra etməklə həm də bir ilkə imza atmış olacağıq”
İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi olaraq maddi-mədəni irsimizin qorunması, mühafizəsi və təbliği ilə bağlı layihələri icra etməklə həm də bir ilkə imza atmış olacağıq”
“Qəsəbəmizin
zəngin tarixinin öyrənilməsinə, maddi-mədəni irs nümunələrinin mühafizəsində və
gələcək nəsllərə çatdırılmasında Buzovna bələdiyyəsi olaraq biz də öz töhfəmizi
vermək niyyətindəyik”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri İsrafil
Hüseynov bələdiyyənin sədr müavinləri Təbriz Ağayevin, Emil Musayevin, bələdiyyənin hüquqşünasi Vüsal Poladovun, bələdiyyə qulluqçusu Rəşad Quliyevin və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai
birliyinin sədri Vüqar Tofiqlinın iştiakı ilə keçirilən görüşdə deyib.
Görüşdə
İsrafil Hüseynov bildirib ki, qədim tariximizi özündə əks etdirən abidələrin
qorunmasında əsas məsuliyyət yükü mərkəzi icra orqanların üzərinə düşsə də, bu müqəddəs
işdə biz də bələdiyyə olaraq sözümüzü deməli və maliyyə imkanları çərçivəsində
öz töhfəmizi verməliyik. Artıq bu istiqamətdə bir sıra layihələrin icrası ilə
bağlı məsələlərin bələdiyyə iclasına müzakirəyə çıxarmaq niyyətindəyik.
Qəsəbənin maddi-mədəni irs nümunələrinin bərpası ilə
bağlı bir sıra ciddi layihələr dövlətimiz və Heydər Əliyev Fondunun təşəbbüsü
ilə icra olunub. Bizdə bələdiyyə olaraq bununla öz töhfəmizi verməyi nəzərdə
tuturuq.
Bu
gün bələdiyyə tərəfindən yaradılan komissiya üzvləri həmin ərazilərə baxış
keçirib.
Sədr
qeyd edib ki, bu gün qəsəbənin zəngin tarixini özündə yaşadan qədim “Hun Qəbirstanlığı”,
XIX əsrə aid Təhməzovların hamamı, habelə “Nəsrani piri”nə baxış keçirilmişdir.
Komissiyanın keçirdiyi baxışın nəticəsi olaraq hazırlanan təkliflər, o cümlədən
bələdiyyənin
atacağı addımlar bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar veriləcək.
Bələdiyyənin
sədr müavini Təbriz Ağayev qəsəbənin qədim tarixinin öyrənilməsində və bu zəngin tarixi gələcək nəslə çatdırmaqda bələdiyyənin
öz töhfəsinin olması təqdirəlayiq hal hesab edib. Zəngin tariximizi öyrənməli,
təbliğ etməli və yaşatmalıyıq. Bununla
yanaşı bəzi abidələrin qeydiyyat nömrəsinin vurulmaması, bəzilərinin ümumiyyətlə
dövlət qeyddiyyatına alınmasına dəstək verilməsi, həm də məsuliyyətli bir
işdir. Hər halda atılan addımlar maliyyə
tələb etsə də, bələdiyyə bu layihələrin icrasına dəstək verəcəyinə inanıram.
Bələdiyyənin
sədr müavini Emil Musayev həyata keçirləcək layihələrin sosial media platformalarında ingilis dilində
də paylaşılması gələcəkdə qəsəbənin yerli və beynəxalq turizm sahəsinin də inkişafına
səbəb olacaqdır.
Bələdiyyənin
hüquqşünası Vüsal Poladov isə çıxışında maddi
mədəni irs nümunələrinin qorunmasında, o cümlədən qeydiyyata alınmasının hüquqi
tərəflərinə toxunub.
“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli bildirib ki, bələdiyyənin
bu addımına yüksək dəyər verərək, belə bir layihələrin icrası ilə Buzovna bələdiyyəsi
əslində bir ilk imza atmış olacaq. Bundan əvvəl bələdiyyə şəhidlərə həsr olunan
monumental bir abidənin ucaldılmasını həyata keçirməklə həm şəhidlərə ehtiramını
göstərdi, həm də yadda qalan bir layihə icra etmiş oldu. Bütün hallarda maddi-mədəni
irsimizin qorunmasında Buzovna bələdiyyəsinin
bu təşəbbüsü alqışalayiqdir.
Görüşdə
yaxın günlərdə komissiyanın təkliflərinin birgə müzakirə edilməsi qərara alınmışdır.
Görüşə
yekun vuran sədr İsrafil Hüseynov bildirib ki, Buzovna bələdiyyəsi olaraq maddi-mədəni irsimizin qorunması, mühafizəsi və
təbliği ilə bağlı layihələri icra etməklə həm də bir ilkə imza atmış olacaqdır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/