Belqorod vilayətinə dron hücumları nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb
Son sutka ərzində Rusiyanın Belqorod vilayətinə PUA hücumları nəticəsində bir nəfər həlak olub, dörd nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Qladkov “Telegram”da məlumat verib.
“Üç çoxmənzilli və 17 fərdi yaşayış evi, 17 minik və yük avtomobili, bir kommersiya və iki sosial obyekt, rabitə obyekti, üç müəssisənin binaları, qaz borusu və s. zədələnib”, – o bildirib.
Mənbə: Report.Az