ABŞ-də böyük meşə yanğını səbəbindən həbsxana boşaldılıb
ABŞ-nin Kolorado ştatının tarixindəki ən böyük meşə yanğınlarından birinə görə həbsxana boşaldılıb.
“Report” xəbər verir ki, bu barədə Koloradonun İslah Müəssisəsinə istinadən “NBC News” məlumat yayıb.
Qeyd olunur ki, həbsxanadakı bütün 179 məhbus təhlükəsiz şəkildə çıxarılıb.
Telekanalın məlumatına görə, 167 kvadrat mil (432 kvadrat kilometr) ərazinin əhatə etdiyi “Li” yanğını artıq ştatın tarixində altıncı ən böyük hadisəyə çevrilib. Yanğınla mindən çox yanğınsöndürən mübarizə aparır.
Mənbə: Report.Az