BƏLƏDİYYƏ

Səyyar görüşlərdən geridə qalanlar

Səyyar görüşlərdən geridə qalanlar

Bu
qurumlara yeni nəfəsin verilməsinin vaxtı çatıb

Əslində
mən RİH -başçılarının səyyar görüşlərində hər hansı ciddi bir problemin həll
olunduğuna inanmıram. Baxmayaraq ki, RİH-başçıları rayonun siyasi rəhbərləri
hesab olunurlar. Bu gün icra başçılarının əllərində elə də ciddi səlahiyyətin
qalmadığı göz önündədir. H
üquq- mühafizə qurumlarını çıxsaq bütün qurumların hər birinin regional
qurumları yaradılıb, hətta rayondakı məktəb direktoruna söz deyiləcək səviyyə
belə yoxdur. Bu qurumda çalışanlardan 4-5 nəfər yaxından  tanıdığım və şəxsən
hörmət etdiyim
başçıları çıxsaq, digərlərinə elə də simpatiyam olmayıb. Və belə getsə heç olmayacaq. Bu gün əllərində elə də  səlahiyyəti qalmayan bəzi icra başçılarının bələdiyyələrə
qarşı tutduqları mövqe nə məni, nə bələdiyyə sədrlərini, nə də üzvləri qane
edir. Sözsüz ki, bu antipatiyanın
kökündə məhz  bu münasinbət dayanır,  desəm yəqin ki yanılmaram.

Nə isə.
Sözüm ondadır ki, simvolikdə olsa keçirilən səyyar görüşlərdə təşkilatçılığa həqiqətən  bir çox hallarda söz ola bilməz. Müəyyən
xırda problemlərin həll edildiyinin hətta 
şahidi  olsam da bütün hallarda bu
qurumlara yeni nəfəsin verilməsinin vaxtı çatıb.

Bir sıra rayon icra başçılarının keçirdyi səyyar görüşlərə
baxdım. Bu görüşlərin hər birindən bir şəkil paylaşıram. Biləsuvar, Qazax,
Lerik,  Xızı, Səbael, Salyan və Ağcabədi
RİH başçılarının səyyar görüşlərindən olan şəkillərdir.  Səbail RİH
başçısının ayaq üstə qəbul keçirməsi də diqqətimdən yayınmadı. Hətta belə bir
halı ilk dəfə Sabunçu RİH başçısının səyyar qəbulunda  iştirak edərkən şahid olmuşdum.

Göründüyü
kimi, icra başçıları tam tərkibdə vətəndaşın xidmətindədir.
Yəni səyyar
görüşə tək yox, həm komandası ilə, həm də hüquq mühafizə qurum rəhbərlərinin
iştirakı ilə gəlib. Bütün hallarda təqdirəlayiq bir haldır. Belə də olmalıdır.

Mən
diqqəti Xızı RİH başçısının səyyar qəbuluna çəkmək istərdim.
Öz fikrilərimi
əvvəl yazsamda, təkrar bir daha qeyd etmək istərdim ki, RİH başçısı siyasi rəhbər
olaraq  ölkə başçısının yerlərdə olan rəsmi təmsilçisidir.  Demək, atılan hər bir addım, o cümlədən paylaşılan hər bir şəkil
belə bu etimada layiq olmalıdır. Vətəndaşa, sakinə xidmət etməklə, vətəndaşın xidmətçisi olmaqla
etimadi  döğrultmaq üçün çalışmağınız Sizin
ən doğru seçiminiz olar. Əksinə bu şəkildə səyyar qəbul keçirib, üstəlik belə şəkil
paylaşılması heç bir məntiqə sığmır.

Nə isə….

Belediyye.info

Mənbə: Meneviyyat.Az/