BƏLƏDİYYƏ

Mingəçevir bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib

Mingəçevir bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib

“Vətəndaşlarla
görüşlərdə onların qaldırdığı məsələlərin hər biri gələcəkdə  bələdiyyə 
iclasında müzakirəyə çıxarılır və həlli yolları müəyyən edilir”- bu
fikirləri Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov  vətəndaşlarla keçirdiyi növbəti görüşdə
deyib.

Sədrin
sözlərinə görə, aprelin 21-də Mingəçevir bələdiyyəsində sədr, üzv və
qulluqçuların iştirakı ilə vətəndaşlarla növbəti qəbulu keçirilib.

Görüşdə
sakinlər əsasən yol infrastrukturunun yaxşılaşdırılması, sahibkarlıq fəaliyyəti
üçün yer ayrılması ilə bağlı müraciətlər ediblər.

Sədr
qeyd edib ki, hər bir müraciət diqqətlə dinlənilib, operativ həll üçün
komissiya sədrlərinə və şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr
verilib.

Belediyye.info


Mənbə: Meneviyyat.Az/