İDMAN

Messi MLS-dəki növbəti oyunu buraxacaq

ABŞ-nin “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi MLS çempionatındakı növbəti matçı buraxacaq.

Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçidi Xavyer Maskerano açıqlama verib.

O, təcrübəli hücumçunun “Orlando” ilə görüşdə meydana çıxmayacağını söyləyib:

“Hər şey qaydasındadır. Amma risk etməyəcəyik. Biz optimistik. Messi tezliklə sıraya dönəcək”

Qeyd edək ki, Lionel Messi avqustun 3-də Liqa Kubokunda Meksikanın “Nekaks” komandasına qarşı keçirdikləri görüşdə zədələnib.

Mənbə: Report.Az