Kamçatkada son bir gündə 30-dan çox yeraltı təkan qeydə alınıb
Kamçatkada 8,8 bal gücündə güclü zəlzələdən sonra yeraltı təkanlar davam edir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə bölməsi məlumat yayıb.
“24 saat ərzində 31 yeraltı təkan olub. Onlardan 6-sı məskunlaşma ərazilərində hiss olunub”, – deyə məlumatda qeyd olunub.
Bundan əlavə, Kamçatka şəhərindəki Klyuçevskaya Sopka (Klyuçevskoy) vulkanında üç kül emissiyası baş verib.
Mənbə: Report.Az