İDMAN

“Bayer 04” müdafiəçi üçün İspaniya təmsilçisinə təklif göndərib

Almaniyanın “Bayer 04” klubu fransalı futbolçu Loik Badeni heyətinə qatmaq üçün İspaniya təmsilçisi “Sevilya”ya təklif göndərib.

“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hazırda danışıqlar aktiv mərhələdədir. Bu keçid 20-30 milyon avro aralığında gerçəkləşə bilər.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi 2024/2025 mövsümündə “Sevilya”da 33 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az