DÜNYA

Baltimorda küçəyə toplaşan insanlara atəş açılıb, 6 nəfər yaralanıb

ABŞ-nin Merilend ştatının Baltimor bölgəsində naməlum şəxs küçəyə toplaşan insanlara atəş açıb.

“Report”un “ABC News”a istinadən məlumatına görə, nəticədə 6 nəfər yaralanıb.

Məlumata görə, atışma şənbə günü axşam saat 20:50 radələrində (Bakı vaxtı ilə bazar günü 04:50) Spouldinq və Kvinsberi prospektlərinin kəsişməsi yaxınlığında başlayıb. Naməlum şəxs küçəyə toplaşan insanlara atəş açıb.

Baltimor polis komissarı Riçard Uorlinin sözlərinə görə, qurbanlar arasında beş yaşlı qız da var, lakin onun həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanı əməkdaşı əlavə edib ki, yaralılardan birinin – 38 yaşlı kişinin vəziyyəti ağırdır.

Polis araşdırmaları davam etdirir.

Mənbə: Report.Az