PSJ qapıçısının transferindən 30 milyon avro gəlir əldə etməyi planlaşdırıb
Fransanın PSJ klubu qapıçı Canluici Donnarummanın transferindən 30 milyon avro gəlir əldə etməyi planlaşdırıb.
“Report” “Give Me Sport”a istinadən xəbər verir kİ, 26 yaşlı italyalı qapıçı karyerasını İngiltərədə davam etdirmək istəyir.
Bu səbəbdən o, “Qalatasaray” (Türkiyə) və “Əl-İttihad”ın (Səudiyyə Ərəbistanı) təkliflərini rədd edib.
Qeyd edək ki, PSJ-nin I Liqanın digər təmsilçisi “Lill”in qapıçısı Lyuka Şevalyenin transfer edəcəyi bildirilib.
Mənbə: Report.Az