Tramp Çinə qarşı ikinci dərəcəli sanksiyaları istisna etməyib
ABŞ prezidenti Donald Tramp Rusiya neftinə görə Çinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi ehtimalını istisna etməyib.
“Report”un xəbərinə görə, Amerika liderinin çıxışı Ağ Evin saytında yayımlanıb.
Oval Ofisdə bununla bağlı sualı cavablandıran Trump deyib: “Biz bunu Hindistanla etdik, yəqin ki, bunu bir neçə başqa ölkə ilə edirik, onlardan biri Çin ola bilər”.
Qeyd edək ki, çərşənbə günü ABŞ Rusiyadan neftin “birbaşa və ya dolayı” idxalı fonunda Hindistandan idxal edilən mallara əlavə 25 faizlik rüsum tətbiq edib.
Mənbə: Report.Az