“Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR
“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qəbələ rayonunun bir qrup ailələrinin nümayəndələri ilə “Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək” mövzusunda ictimai müzakirə keçirilib.
QHT.az xəbər verir ki, tədbir Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirildi. Tədbiri giriş sözü ilə açan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova reqionlarda ekoturizmin inkişafı və ətraf mühitin qorunması ilə bağlı geniş məlumat verdi. Onun sözlərinə görə, son illər insanlar arasında eko turizmə maraq daha da artığını və yaşadığımız qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə dönəmində ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunmasının vacibliyini vurğuladı.
“Ümumdünya Turizm Təşkilatının məlumatına görə, turizm beynəlxalq ticarətdə ən mühüm amillərdən biridir və on ildən artıqdır ki, dünyada ən sürətlə inkişaf edən və çoxşaxəli iqtisadi sektorlardan biri olmuşdur. O, həm də bir çox inkişaf etmiş ölkələrdə əsas gəlir mənbələrindən biridir. Turizmin əsas gəlir mənbəyi kimi yüksəlməsi destinasiyalar arasında şaxələnmənin və rəqabətin artmasına səbəb olmuşdur . Qlobal iqlim dəyişikliyi ciddi fəsadlara yol açıb. Buzlaqlar əriyir, su resursları quruyur, mövsümlər yerini dəyişib. Belə bir dövrdə hər kəs təbiətə qarşı duyarlı olmalıdır. Ölkəmiz təbii sərvətlərlə zəngindir. Ancaq bioresurslar tükənməz deyil. Çoxlu meşə sahələrimiz var, ancaq onları qorumaq lazımdır. Elə bir dövrə gəlmişik ki, hər ağacın qədrini bilməli, yaşıllıqları qorumalıyıq”.
Sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova çıxış edərək qeyd edərək bildirdi ki, Qəbələ rayonu turistik bir bölgədir. Belə layihələrin keçirilməsi həqiqətən çox vacibdir. Eyni zamanda ətraf mühitin qorunması və tullantıların düzgün idarə olunması ilə bağlı da geniş məlumat verdi.
Tədbirdə çıxış edən peşə mərkəzinin turizim sahəsi üzrə müəllimi Nailə Gülməmmədova turizmin inkişafı ilə bağlı geniş məlumat verdi:
“Turizimin bir qolu olan eko turizim sahəni inkişaf etdirmək üçün Qəbələ rayonunda da əsas məsələlərdən biridir. Eko turizmin buir qolu olan kənd turizmi fərdi münasibətlərə üstünlük verən və bölgəni və onun mədəniyyətini öyrənmək istəyən turistləri cəlb edən turizm növüdür. Kənd turizmi yerli əl sənətlərinin itməsinin qarşısını almağa kömək edir və şəhərlərə köçü minimuma endirərək kənd mədəniyyətinin davamlılığını təmin edir. Dəyişən turizm meyllərinin qarşıdakı illərdə kənd yerlərinə marağı daha da artıracağı və kəndlərin də ən azı sahilyanı ərazilər qədər məşhur turizm məkanlarına çevriləcəyi gözlənilir”.
İştirakçı Şəmsiyyə Alışanova eko və kənd turizmin inkişafına ehtiyac olduğunu və insanlar arasında düzgün maarifləndirmə işlərinin aparılmasını vurğuladı.
Fotolar
Mənbə: Turkustan.Az