“Kəpəz”in yeni mövsümdən ev oyunlarını Qəbələdə keçirəcəyi dəqiqləşib
Misli Premyer Liqasının 2025/2026 mövsümündə “Kəpəz” ilk ev oyunlarını Qəbələdə keçirəcək.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə şəhər stadionunun inşasının davam etməsi səbəbindən “sarı-göylər” doğma şəhərdən kənarda oynamalı olacaqlar.
Gəncə şəhər stadionu matçların keçirilməsi üçün tam hazır vəziyyətə gətirildikdən sonra “Kəpəz” rəqiblərini Nizami yurdunda qəbul edəcək.
Əvəzedici komanda isə ötən mövsümlərdə olduğu kimi klubun Məşq Mərkəzindəki ehtiyat meydanda oynayacaq.
Mənbə: Report.Az