Çinin cənubunda torpaq sürüşməsi nəticəsində azı iki nəfər ölüb
Çinin cənubundakı Quançjou şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
“Report” xəbər verir ki, bu barədə “HK01” məlumat yayıb.
Qeyd olunub ki, təbiət hadisəsi evlərə ziyan vurub, 14 nəfər dağıntılar altında qalıb.
Axtarış-xilasetmə işlərinə 150-yə yaxın xilasedici və yanğınsöndürən cəlb olunub.
Əməliyyata Quandun əyalətinin qubernatoru Vanq Veyçonq rəhbərlik edir.
Son məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb, iki nəfər isə həyati təhlükəsi olan xəsarətlər alıb. Hakimiyyət orqanları minlərlə yerli sakini təcili olaraq təxliyə edib.
Mənbə: Report.Az