İDMAN

“Araz-Naxçıvan”ın potensial rəqiblərinin dueli heç-heçə ilə bitib

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri – PAOK (Yunanıstan) və “Volfsberger” (Avstriya) komandaları üz-üzə gəliblər.

“Report” xəbər verir ki, “Tumba” stadionunda keçirilən ilk oyunda hesab açılmayıb.

Qeyd edək ki, PAOK və “Volfsberger” kollektivləri Avropa Liqasının oyununda qarşılaşıblar və iki görüşün nəticəsinə əsasən uduzan tərəf “Araz-Naxçıvan” – “Omoniya” cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçda Bakıda “Omoniya”ya (Kipr) 0:4 hesabı ilə uduzub.

Mənbə: Report.Az