“Velosiped Hər Kəs Üçün!” layihəsinin ikinci günü praktiki təlim və velosiped sürüşləri ilə davam etdi – FOTOLAR
Bu gün serebral iflicli uşaqlar, autizmli gənclər, fiziki məhdudiyyətli iştirakçılar, velosiped qorxusu olan yeniyetmələr və ümumiyyətlə ilk dəfə bu təcrübəni yaşayan insanlar üçün təhlükəsiz və dəstəkləyici şəraitdə sürüş imkanı yaradıldı.
QHT.az xəbər verir ki, təlimlər peşəkar atletimiz, Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədr müavini, qazi Bəhlül Əliyev tərəfindən aparıldı. Layihə komandası hər bir iştirakçıya fərdi yanaşaraq həm texniki, həm də mənəvi dəstək göstərdilər. Xüsusilə velosiped qorxusu olan gənclər bu gün ilk dəfə pedal çevirməyə cəsarət etdiblər.
Layihə davam edir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə, Respublika Velotrekinin rəhbərliyinə, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin rəhbərliyinə göstərdikləri dəstək və yaradılan yüksək şərait üçün xüsusi təşəkkür bildirilib.
Eyni zamanda bu cür inklüziv tədbirləri cəmiyyətə təqdim edən ARB TV, ölkədə sosial və inklüziv tv olan DOST TV təşəkkür edilib.
Mənbə: Turkustan.Az