Qazaxıstanda miqrantların ölkəyə qanunsuz axınını təşkil edən qrupun üzvləri saxlanılıb
Qazaxıstanın Almatı vilayətində miqrantların ölkəyə qanunsuz daxil olmasını və leqallaşdırılmasını təşkil edən cinayətkar qrup saxlanılıb.
“Report”un Qazaxıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, onlar göstərdikləri xidmətlərə görə hər şəxsdən 150 mindən 700 min tengeye qədər pul alıblar.
Bildirilib ki, onlarla pasport, saxta sənədlər və narkotik vasitələr müsadirə edilib. Altı cinayət işi açılıb.
Mənbə: Report.Az