Putin və Uitkoff Ukraynada nizamlanma və Rusiya-ABŞ əməkdaşlığını müzakirə ediblər – YENİLƏNİB-2
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Ukraynada nizamlanma, həmçinin iki ölkə arasında strateji əməkdaşlığın mümkün inkişaf perspektivlərini müzakirə ediblər.
“Report”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumatına görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Müzakirə olunan mövzulardan biri Ukrayna böhranıdır. İkinci isə ABŞ və Rusiya arasında strateji əməkdaşlığın mümkün inkişaf perspektivləridir”, – o qeyd edib.
Kremldə Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşü başa çatıb.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, onların görüşü təxminən üç saat davam edib.
Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffu qəbul edir.
Bu barədə “Report” Rusiya KİV-lərinə istinadən xəbər verir.
Daha əvvəl bildirilmişdi ki, Uitkoff Moskvaya avqustun 6-da səhər saat 7 radələrində gedib.
Mənbə: Report.Az