Levski”nin qapıçısı: “Sabah”la matçda qələbəyə köklənmişik
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq “Levski” (Bolqarıstan) qələbəyə köklənib.
“Report” xəbər verir ki, bunu komandanın qapıçısı Svetoslav Vutsov oyundan öncə mətbuat konfransında bildirib:
Qolkiper Sofiya klubunun azarkeşlərini tərifləyib:
“Ümid edirəm ki, uğurlu çıxışımı davam etdirəcəyəm. Bu dövrdə ən böyük köməkçim mənə etibar edən məşqçilər oldu. Sonra məni dəstəkləyən və kömək edən komanda yoldaşlarım. Çünki futbol kollektiv idman növüdür. Ümid edirəm ki, “Sabah”la matçda qələbə qazanmaqla azarkeşlərimizi sevindirəcəyik”.
Qeyd edək ki, “Levski” – “Sabah” matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.
Mənbə: Report.Az