İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi olaraq əsas vəzifəmiz qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsidir”
İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi olaraq əsas vəzifəmiz qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsidir”
“Buzovna bələdiyyəsi
olaraq cari ildə ənənəyə sadiq qalaraq bütün fəaliyyətimiz vətəndaş məmnunluğunun təmin
edilməsinə yönəlib” -bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin
sədri İsrafil Hüseynov bildirib.
Sədr
bildirib ki, ötən dövrdə bir sıra küçələrə asfalt salınması işləri, qəsəbədəki
monumental mozaikanın bərpası həyata keçirilmişdir. Bununla yanaşı bələdiyyə sosial
layihələrin də icrasını diqqətdə saxlanılmış və bununla bağlı bir sıra layihələrin
icrsını təmin edilmişdir.
Qeyd edək
ki, bir çox layihələrin icrası Xəzər RİH -in dəstəyi ilə həyata keçirilmiş və
sakinlərin bələdiyyə tərəfindən həyata keçirlən layihələri razılıqla qarşılamışlar.
İsrafil
Hüseynov bildirib ki, Buzovna bələdiyyəsi olaraq vətəndaş-bələdiyyə münasibətlərinə
həsaslıqla yanaşır və var gücümüzlə sakinlərin
müraciətlərinin bələdiyyədən asılı olanlarının sürətlə həllinə çalışırıq.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/