İlham Səfərov: “Kollektivdə səmimi işgüzar mühitin olması bələdiyyənin ümumi fəaliyyətinə müsbət təsir edən amillərdəndir. Biz də buna çalışırıq”
İlham Səfərov: “Kollektivdə səmimi işgüzar mühitin olması bələdiyyənin ümumi fəaliyyətinə müsbət təsir edən amillərdəndir. Biz də buna çalışırıq”
“Bələdiyyənin
əldə etdiyi uğurlarda kollektivin hər bir üzvünün öz payı olmalıdır. Hər
bir üzv və qulluqçu üzərinə düşən məsuliyyət
yükünü hiss edərək bələdiyyəmizin inkişafına öz töhfəsini verməlidir. Odur ki,
bacardığımız qədər bələdiyyəmizinin
ictimaiyyət arasında çəki və nüfuzunun
artamasına çalışmalıyıq ” – bu fikirləri Şirvan bələdiyyəsinin yeni seçilən sədri
İlham Səfərov kollektiv üzvlərinin və
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
Vüqar Tofiqlinin birgə iştirakı ilə keçirilən görüşdə deyib.
Qeyd edək ki, görüşdə
sədr müavinləri Samirə Abışova və Emin
Azadov, bələdiyyənin hüquq məsələləri daimi komissiyasının sədri Sərraf
Əzimov, vətəndaşlarla və sənədlərlə iş
şöbəsinin müdiri Rəfael Qurbanov, torpaq və təmir- tikinti şöbəsinin müdiri Məlik
Məmmədov, yerli vergilər və ödənişlər
şöbəsinin müdiri Əlövsət Yusifov, habelə vergi müfəttişləri iştirak ediblər.
“Adətən seçkidən sonra formalaşan yeni tərkibin kollektivlə
birgə fəaliyyətində müəyyən adaptasiya dövrü olur. Və bu proses təbii qarşılanmalıdır.
Elə bələdiyyə olur ki, bu uyğunlaşma
dövrü az, bəzilərində daha çox çəkir. Gəlin unutmyaq ki, proses nə qədər davam
edərsə bu bələdiyyənin xeyrinə olmur. Nəticədə müəyyən problemlərin yaranmasına
səbəb olur. Ancaq xöşbəxtlikdən Şirvan bələdiyyəsində bu proses az bir zaman kəsiyində
davam etməsi yeni tərkibin uğuru hesab etmək olar. Bütün hallarda hər bir
üzv və qulluqçu öz üzərinə düşən məsuliyyəti hiss etməli, vaxtını mənasız
çarpışmalara deyil, bələdiyyənin irəli getməsinə sərf etməli və bu istiqamətdə addımlar atmalıdır.” – bu
fikirləri isə “Bələdiyyələrin fəaliyyətinin
təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli bildirib.
Kollektivdə hər hansı kadr dəyişikliyinin hiss edilmədiyini
qeyd edən Vüqar Tofiqli Şirvan bələdiyyəsinin bünövrəsinin sağlam təməl üzrə
quruluduğundan bələdiyyədəki problemlər
yalnız vergi yığımı ilə və bəzən də Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq
qurumlarının fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.
Bu arada söz alan sədr İlham Səfərov qeyd edib ki, “BAMS proqramının ƏMDX məlumat sisteminə
inteqrasiya olunmasının,
habelə SMS xidmətinin yaradılmasının, üstəlik elektron icra sistemin istifadəyə verilməsinin nəticə etibari ilə bələdiyyənin
büdcə gəlirinə ciddi şəkildə öz təsirini göstərməkdədir.
Bu
gün kollektivdə səmimi işgüzar mühitin olması bələdiyyənin ümumi fəaliyyətinə
müsbət təsir edən amillərdəndir. Biz də buna çalışırıq.”
Bu gün yeni seçilən sədrin
köhnə kollektivlə fəaliyyətinin davam etdirməsi həm də kollektivə göstərilən
etimad kimi də qəbul edilə bilər.
Görüşdə
İlham Səfərov az vaxt ərzində görülən işlərdən, həyata keçiriləcək layihələrdən
danışaraq, bələdiyyənin kollektivinin hər bir üzvünün görülən işlərə dəstək verməsi
nəzərdə tutulan layihələrin tezliklə reallaşacağından xəbər verir.
Görüşdə əsas müzakirə mövzusu da məhz bu səpgidə keçdi. Hər
bir görüş iştirakçısı mövzu ilə bağlı öz
təklif və tövsiyəsini verməyi unutmadı.
Bununla yanaşı sənədsiz mənzillərin sənədləşdirilməsi ilə bağlı zəruri
addımların atılması, alqı-saqtı əməliyyatları prosesinin gedişindən bələdiyyənin
əvvəlcədən məlumatlı olması ciddi məsələlər
sırasında olduğu qeyd edildi.
Sonda
iştirakçıları maraqlandrın suallar cavablandırıldı
Belediyye.info
Mənbə: Meneviyyat.Az/