Litvada futbol klubunun azarkeşləri qeyri-adi etiraz aksiyası keçiriblər
Litvanın “Jalqiris” futbol klubunun azarkeşləri qeyri-adi etiraz aksiyası keçiriblər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, fanatlar oyun zamanı meydana çoxlu çemodanlar atıblar.
Aksiya ölkə çempionatında “Kauno Jalqiris”lə matçın start fiti səsləndirildikdən sonra həyata keçirilib. Bu addımla azarkeşlər komandanın baş məşqçisi Vladimir Çeburinin istefasını tələb ediblər.
Çemodanları meydandan “Jalqiris”in futbolçuları yığışdırıblar və bu müddətdə oyun dayandırılıb.
Qeyd edək ki, V.Çeburinin rəhbərliyi altında “Jalqiris” üç dəfə Litva çempionu olub.
Mənbə: Report.Az