BƏLƏDİYYƏ

Bələdiyyə sədri şəhid ailələri ilə görüşdü

Bələdiyyə sədri şəhid ailələri ilə görüşdü

Aprelin
7-sində Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov bir qrup şəhid ailəsi ilə
görüş keçirdi. Bələdiyyənin intibati binasında çay süfrəsi ətrafında baş tutan
görüşdə, bələdiyyə sədri bələdiyyənin görəcəyi işlərdən, nəzərdə tutulmuş lahiyələrdən
danışdı və bildirdi ki, qarşımıza qoyduğumuz ən əsas istiqamət şəhid ailələri və
Qarabağ müharibəsi əlillərinə diqqət və qayğının göstərilməsidir.

Şəhid ailələrindən
Nəhayət Həsənova, İranə Həsənova, Xanımnaz İmanova və digərləri çıxış edərək bələdiyyənin
yeni seçilmiş üzrlərini, o cümlədən bələdiyyə sədrini təbrik etdilər. Gələcək fəaliyyətlərində
uğurlar arzuladılar. Eyni zamanda şəhid ailələrinin rastlaşdıqları problemlərdən
söz açdılar. Problemlərin həlli yolları barədə təkliflərini bildirdilər.

Bələdiyyə sədri
Anar İsmayılov şəhid ailələrini əmin etdi ki, bələdiyyə var gücü ilə işləyərək
qarşıya çıxan problem və çətinlikləri aradan qaldırmağa çalışacaq.

Mingəçevir bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/