BƏLƏDİYYƏ

Aqil Heydərov: “Şəhid ailələri hər zaman dövlətimizin və  Saatlı bələdiyyəsinin diqqət və qayğısı ilə əhatə olunur”

Aqil Heydərov: “Şəhid ailələri hər zaman dövlətimizin və  Saatlı bələdiyyəsinin diqqət və qayğısı ilə əhatə olunur”

Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov  bələdiyyənin qulluqçularının iştirakı ilə  şəhid 
gizir Fariz Əliabbas oğlu 
Novruzov ailəsini ziyarət edib.

 

Görüşdə bildirilib ki, 2015-ci ildə Ağdam istiqmətindəki cəbhə xəttində
əsgəri  xidməti zamanı erməni snayperinin
atdığı güllə nəticəsində şəhidlik zirvəsinə ucalan Fariz Novruzov  kimi igidlərimizin göstərdiyi qəhrəmanlıq
xalqımızın yaddaşında daim yaşayacaq, onların əziz xatirəsi hər zaman ehtiramla
anılacaqdır.

 

Ziyarət zamanı şəhidin ailəsinə bir daha dərin hörmət və ehtiramla
başsağlığı ifadə olunub. Ailə üzvlərinin qayğı və ehtiyacları dinlənilib,
onlara bildirilib ki, şəhid ailələri hər zaman dövlətimizin və Saatlı bələdiyyəsinin
diqqət və qayğısı ilə əhatə olunur.

 

Fairz Novruzovun canı və qanı bahasına qoruduğu bu torpaq üzərində
yaşamaq hər birimizin məsuliyyəti və şərəfidir.

 

Şəhidimizin ruhu qarşısında baş əyir, Allahdan ona rəhmət, ailəsinə səbir
və güc diləyirik.

 

Şəhidlər ölməz, Vətən bölünməz!

 

Qeyd edək ki, şəhid Fariz Novruzov ölümündən sonra  “Hərbi Xidmətdə fərqlənməyə görə”
3-cü dərəcəli medalı ilə təltif edilib.


Mənbə: Meneviyyat.Az/