DÜNYA

ABŞ Prezidenti çinli həmkarı ilə görüşünün hansı halda baş tutacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar və Çin ilin sonuna qədər razılığa gələrsə, Çin Sədri Si Cinpinlə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ lideri CNBC telekanalına müsahibəsində bildirib.

“Biz sazişə çox yaxınıq. Çinlə yaxşı münasibətlərimiz var”, – o deyib və Çin Sədri ilə münasibətlərinin “çox uğurlu” olduğunu qeyd edib.

Tramp həmçinin deyib ki, ABŞ hökumətinin Çin mallarına tətbiq etdiyi yüksək rüsumlar səbəbindən Pekinlə biznes demək olar ki, dayanıb”.

Mənbə: Report.Az