“Roma” müdafiəçisini I Liqa təmsilçisinə icarəyə verib
İtaliyanın “Roma” klubunun müdafiəçisi Saud Abdulhamid Fransanın I Liqa təmsilçisi “Lans”a icarəyə verilib.
“Report”un məlumatına görə, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçunun icarə müqaviləsinin müddəti 2025/2026 mövsümünü əhatə edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan arxa xətt oyunçusu ötən mövsüm meydana çıxdığı 10 oyunda 1 qola və məhsuldar ötürməyə imza atıb.
Mənbə: Report.Az