GÜNDƏM

Mina təhlükəsi ilə bağlı maarifləndirici təlim Ağdərə rayonunun Suqovuşan qəsəbəsində təşkil edilmişdir

“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsinin icrasını davam edir.

2025-ci il iyulun 29 – 30 -u layihə çərçivəsində Ağdərə rayonu Suqovuşan qəsəbəsində mina və partlamamış hərbi sursatların törədə biləcəyi təhlükələr barədə yerli əhali üçün maarifləndirici tədbirlər keçirilib.

Tədbirlər zamanı mütəxəssislər tərəfindən qəsəbə sakinlərinə mövzu ilə bağlı ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bundan əlavə, əhaliyə İctimai Birlik tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Fotoğraf açıklaması yok.

1 kişi ve yazı görseli olabilir

11 kişi ve sakal görseli olabilir

7 kişi, çocuk ve yazı görseli olabilir

12 kişi ve yazı görseli olabilir

5 kişi ve yazı görseli olabilir









Mənbə: Turkustan.Az