İDMAN

“Formula 1”: Bakıda keçiriləcək yarışa hazırlıq məqsədi ilə marşallar üçün təlim keçirilib

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədi ilə marşallar üçün növbəti təlim keçirilib.

“Report”un məlumatına görə, tədbir Avropa Oyunları Parkında gerçəkləşib.

Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Praktiki hissədə marşallar simulasiya şəraitində təlim keçib, trasda baş verə biləcək hadisələrə ilkin müdaxilə, təhlükəsizlik və digər mühüm prosedurlar üzrə bacarıqlarını təkmilləşdiriblər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında olacaq.

Mənbə: Report.Az