İDMAN

“Zirə” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb – YENİLƏNİB-8

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşan “Zirə” məğlub olaraq mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən qarşılaşmada ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Görüşdə hesabı ev sahibləri açıb. Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində adını tabloya yazdıran İssa Cibrilla hesabı bərabərləşdirib – 1:1.

Görüşün əsas vaxtı bu hesabla başa çatıb və matçda hərəsi 15 dəqiqədən ibarət iki hissə oynanılıb.

“Hayduk”un heyətində 93-cü dəqiqədə diqqət mərkəzinə düşən Yassin Benrahu komandasının qələbəsində pay shaibi olub.

01:06

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə üçüncü qol vurulub.

“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən qarşılaşmada ev sahibləri önə keçiblər – 2:1.

93-cü dəqiqədə Yassin Benrahu fərqlənib.

01:02

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə birinci əlavə hissə start götürüb.

“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Bakıdakı 8-ci kilometr stadionunda da eyni hesab qeydə alınmışdı.

00:56

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) – “Zirə” görüşünün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib.

“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda hər biri 15 dəqiqədən ibarət iki hissə oynanılacaq.

Qeyd edək ki, Bakıdakı 8-ci kilometr stadionunda da eyni hesab qeydə alınmışdı.

00:50

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə ikinci qol vurulub.

“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən matçda Bakı klubu hesabı bərabərləşirib – 1:1.

90+3-cü dəqiqədə İssa Cibrilla rəqib komandanın qapısına yol tapıb.

00:02

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə ikinci hissə başlayıb.

“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

Görüşü italiyalı referi Luka Payretto idarə edir.

23:47

“Zirə” Xorvatiyada “Hayduk”a qarşı keçirdiyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda fasiləyə geridə yollanıb.

“Report”un məlumatına görə, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədir.

Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.

23:19

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçirilən “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə hesab açılıb.

“Report”un məlumatına görə, qarşılaşmada ilk qolu meydan sahibləri vurub.

Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.

23:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Hayduk” (Xorvatiya) – “Zirə” görüşü start götürüb.

“Report” xəbər verir ki, qarşılaşma Split şəhərindəki “Polyud” stadionunda keçirilir.

Görüşü italiyalı referi Luka Payretto idarə edir. Tərəflər arasında Bakıda baş tutan ilk matçda heç-heçə qeydə alınıb – 1:1.

Mənbə: Report.Az