Ramin Hüseynov: “Əldə edilən maliyyə vəsaitinin 41 faizi layihələrin icrasına yönəldilib”
Ramin Hüseynov: “Əldə edilən maliyyə vəsaitinin 41 faizi layihələrin icrasına yönəldilib”
Bələdiyyələri
bir çox hallarda xəbər etmədən ziyarət
edəndə hətta bir çox maraqlı hadisələrin
şahidi olursan. Əlavə edim ki, üzləşdiyim ən maraqlı hadisələri gələcəkdə toplu
şəklində çap etməyi düşünürəm…
Bu dəfə
Qaradağ rayonu, Sahil bələdiyyəsini ziyarət etdim. Özü də fasilə vaxtı.
Açıq
etiraf edim ki, kollektivin hər bir üzvünün iş başında olacağına inanmırdım.
Çünki fasilə vaxtı idi. Olmalı deyildilər.
Onu da
etiraf ki, Sahil bələdiyyəsinin inkişafı əvvəl ki, iyirmi ildən fərqli olaraq
son beş ilə təsadüf edir. Yəni əvvəlki illərdən yığlıb qalmış həm DSMF, həm də əməkhaqqı
borcu məhz əvvəlki beş ildəki rəhbərliyin aktiv fəaliyyəti nəticəsində
bağlanılıb. Və kollektiv məhz ötən beş ildə ciddi layihələrə imza atıb.
***
Sədr Ramin
Hüseynov qəfləti gəlişimdən özünü itirmir. İlk dəfə görüşdüyüm şəxslə sanki illər əvvəl
tanıyırmış kimi danışırıq. Hiss olunur ki, kollektivdə hər hansı dəyişikliyin tərəfdarı
deyil. Hətta bələdiyyənin inkişafında
dönüş yaratmış və bələdiyyənin tanınmasında xidməti olan təcrübəli Elmira
Əliyevanı bələdiyyənin vergi xidmətinə rəhbər təyin edib.
Beləliklə,
söhbətə başlayırıq. Hiss olunur ki, bələdiyyəni narahat edən əsas məsələlərdən
artıq xəbərdardır. Özünün bu istiqamətdə təklifləri da var.
Diqqətimi
bir məqam da çəkdi. Belə ki, gənc yaşlarında təcrübəli iş adamı olan babasının
idərəçiliklə bağlı bütün danışdıqlarını Ramin Hüseynov lazımı səviyyədə
“yığıb-yığışdırıb” və bu gün ali məktəbdə
öyrəndikləri ilə yanaşı, hətta babasından öyrəndiklərini öz idarəçilik fəaliyyətində
qədərincə istifadə etmək niyyətindədir.
Sədr
bizimlə ötən altı ay ərzində bələdiyyənin fəaliyyəti ilə bağlı fikirlərini bölüşür.
***
Söhbət
zamanı sədr bildirir ki, ötən altı ay ərzində
Sahil bələdiyyəsi tərəfindən əhalinin sosial-məişət şəraitinin
yaxşılaşdırılması və rifah halının yüksəldilməsi istiqamətində bir sıra tədbirlər
həyata keçirilmişdir. Bələdiyyənin təşəbbüsü və sahibkarların dəstəyi ilə
Qurban bayramı münasibətilə 50 aztəminatlı ailəyə bayram payı təqdim edilmiş,
26 iyun Silahlı Qüvvələr Günü münasibətilə isə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin ailələri ziyarət
olunmuş, onların ehtiyac və qayğıları ilə maraqlanılmışdır.
Sədr qeyd
edir ki, hesabat müddətində bələdiyyə tərəfindən
8 dəfə ümumi iclas keçirilmiş, qəbul olunmuş
protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş İdarəsinin
informasiya sisteminə daxil edilmişdir.
Bələdiyyədə
vətəndaş qəbuluna ciddi diqqət yetirilir. Yəni, hesabat dövründə bələdiyyə sədri
və sədr müavini tərəfindən ümumilikdə 105 vətəndaş qəbul edilmişdir. Qəbul
zamanı şəhid ailələrinin, qəsəbə sakinlərinin sosial-məişət məsələləri, torpaq
və mülkiyyət hüquqları ilə bağlı müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin
araşdırılması və həlli istiqamətində bələdiyyəyə aid olan məsələlərin həlli
istiqamətində addımlar atılmışdır.
Sosial
müdafiə tədbirləri çərçivəsində hesabat dövrü ərzində bir neçə aztəminatlı ailəyə
maddi dəstək göstərilmiş, onların ehtiyaclarının qarşılanmasına yardım
edilmişdir.
Yerli
özünüidarəetmə orqanı olaraq, əhalinin problemlərinin operativ şəkildə həlli və
ehtiyacı olan ailələrə dəstək göstərilməsi məqsədilə bu fəaliyyətlərin davam
etdirilməsi nəzərdə tutulur.
Eyni
zamanda, bir sıra ödəyicilərinə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə
baxmayaraq, bu dövr ərzində bələdiyyə
büdcəsinə vergi öhdəliklərini yerinə yetirməyən 32 vergi ödəyicisi barəsində inzibati aktlar tərtib edilmiş və məcburi icra tədbirlərinin
görülməsi məqsədilə aidiyyəti icra orqanına təqdim olunmuşdur.
Hesabat dövründə bələdiyyə büdcəsinə ümumilikdə
46.550 manat məbləğində vəsait daxil olmuşdur.
Büdcə gəliri iki əsas istiqamətdən formalaşıb:
fiziki şəxslərdən torpaq vergisi –
11.314 manat;
fiziki şəxslərdən əmlak vergisi
– 35.236
manat;
Bələdiyyə
büdcəsinə daxil olmuş vəsaitlər əsasən əməkhaqqına və DSMF ayırmalarına , habelə 41 faizi layihələrin
icrasına (yəni təmir xərcləri, layihələrin icrası üçün təsərrüfat mallarının
alınması, habelə digər layihələrin icrasına və
sosial yardımlara ) xərclənib.
Sədr söhbət
zamanı bildirdi ki, yerli özünüidarəetmə sahəsində şəffaflığın artırılması və hesabatlılığın təmin edilməsi məqsədilə bələdiyyə hesabatları
inzibati ərazimizdə yaşayan vətəndaşlara elan, internet saytı və digər vasitələrlə
çatdırılması təmin edilir. Bundan sonra da maliyyə vəsaitlərimizdən səmərəli istifadə olunmaqla bələdiyyə ərazisinin
abadlaşdırılması, qəsəbə sakinlərinin məişət, sosial və mədəni tələbatlarının
ödənilməsi istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/