İDMAN

“Neftçi” Polşadakı sonuncu yoxlama oyununda heç-heçə edib

Polşada təlim-məşq toplanışında olan “Neftçi” sonuncu yoxlama oyununu keçirib.

“Report”un məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Kipr təmsilçisi AEL-lə üz-üzə gəlib.

Byalobjeqdə yerləşən “Mieyski” stadionunda baş tutan matçda 2:2 hesablı bərabərlik qeydə alınıb.

“Neftçi”nin qollarını Bassala Sambou (19) və Ramil Şeydayev (90+4) vurublar.

Qeyd edək ki, bundan əvvəl “Hapoel” (Təl-Əviv/İsrail, 1:1) və “Termalika” (Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras” (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.

Mənbə: Report.Az