BƏLƏDİYYƏ

 Bələdiyyə sədri: “Zirə bələdiyyəsi olaraq sakinlərin etimadını, hər zaman olduğu kimi, doğrultmağa çalışırıq” 

 Bələdiyyə sədri: “Zirə bələdiyyəsi olaraq sakinlərin etimadını, hər zaman olduğu kimi, doğrultmağa çalışırıq”

 

“Bələdiyyənin
irəli getməsi, sakinlərin qaldırdığı problemlərin vaxtında həll etməsi ilk növbədə
bələdiyyə yaradılan  vergi-uçot sistemin səviyyəsindən çox asılıdır”- bu fikirləri
Xəzər rayonu, Zirə bələdiyyəsinin sədri Anar Hüseynli deyib.

Sədrin
sözlərinə görə, qanunvericiliyin verdiyi imkanlardan istifadə etməklə, habelə yenilənmiş
BAMS proqramının ƏMDX məlumat siusteminə inteqarsiya olunmasından, habelə  e-belediyye.az və “elektron icra” sistemindən səmərəli
şəkildə istifadə olunma nəticədə büdcə gəlirlərinin artımnına səbəb olacaq.

Ancaq
bələdiyyənin inkişafına əsas ola biləcək məqam bələdiyyə üzv və qulluqçuların “bir nöqtəyə” vurmasıdır. Əgər bu məqam olarsa həmin bələdiyyənin yüksək inkişaf
səviyyəsinə çatması sözsüzdür.

Bizdə
bu gün Zirə bələdiyyəsi olaraq bu məqamların inkişafına doğru addım atmağa çalışır
və sakinlərin etmadını, hər zaman olduğu kimi, doğrultmağa çalışırıq.

Belediyye.info

  

Mənbə: Meneviyyat.Az/