Kuril adalarında 6,7 maqnitudalı zəlzələ qeydə alınıb
Kuril adalarının şərqində 6,7 maqnitudalı zəlzələ baş verib.
Bu barədə “Report” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən (Rusiya) 388 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Xatırladaq ki, iyulun 29-u Kamçatka yaxınlığında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Onun maqnitudası 8,8-ə çatıb. Sunami təhlükəsi elan edilib.
Mənbə: Report.Az