Bico bələdiyyəsinin sədri sakinlərlə görüş keçirib
Bico bələdiyyəsinin sədri sakinlərlə görüş keçirib
“Ağsu
rayonu Bico bələdiyyəsinin sədri Ziya Əhmədov Bico kəndində vətəndaşlarla görüş keçirmişdir”- bu
barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Görüşdə
bələdiyyənin sədr müavinləri və kənd sakinləri iştirka ediblər. Görüşdə bələdiyyə
sədri Ziya Əhmədov vətəndaşlara bələdiyyə tərəfindən görüləcək işlər və
perspektivlər barədə ətraflı məlimatlar
vermiş,
bu işdə vətəndaşların köməyinə arxanalacağını qeyd etmişdir. Həmçinin sədr vətəndaşlara
kənd ərazisində aparılacaq abadlıq işləri üçün maliyyə dəstəyinin onların ödəyəcəyi vergiyə bağlı olduğunu diqqətə
çatdırmışdır. Bu məqsədlə vətəndaşların
ödəməli olduqları torpaq, əmlak və digər vergilərin vaxtında ödənilməsi, bələdiyyə
torpaqlarından səmərəli istifadə edilməsini tövsiyyə etmişdir.
Görüşdə
sakinlərə vergiləri vaxtında ödəməklə problemlərin tezliklə həllinə nail
olmağın mümkünlüyü xüsusi olaraq
vurğulanıb.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/