BƏLƏDİYYƏ

Layihə bələdiyyənin təşkilatıçılığı ilə həyata keçirilir

Layihə bələdiyyənin təşkilatıçılığı ilə həyata keçirilir

“Səfikürd
kənd tam orta məktəbinə gedən əsas avtomobil yoluna asfalt çəkilməsi işlərinə
start verilib” – bu  barədə məlumatı
Goranboy rayonu Səfikürd bələdiyyəsinin sədri Murad Muradov bildirib

Sədrin
sözlərinə görə, Goranboy rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, şəhid
ailələrinin “Azəravtoyol” ASC rəhbərliyinə birgə müraciəti, habelə Səfikürd bələdiyyəsinin
təşkilatçılığı ilə Goranboy-Aşağı Ağcakənd avtomobil yolundan Səfikürd kənd tam
orta məktəbinə gedən avtomobil yolunun asfaltlaşdırılması işlərinə başlanılıb.
Artıq  prosesin icrası üşün maşın
mexanizmlər bir neçə gündür layihənin ciddi şəkildə icrasına başlayıblar. Artıq
ilkin olaraq texnikalar vasitəsilə yolda hamarlanma işləri aparılır. Yaxın günlərdə
asfaltlama işlərinə başlanılacaq.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/