BƏLƏDİYYƏ

İsmayıl Rəsulov: “Məqsədimiz büdcə gəlirlərini artırmaqla vətəndaşlara xidmət səviyyəsini yüksəltməkdir” 

İsmayıl Rəsulov: “Məqsədimiz büdcə gəlirlərini artırmaqla vətəndaşlara xidmət səviyyəsini yüksəltməkdir” 

“Bələdiyyə sədri seçildikdən sonra əsas diqqəti büdcə gəlirlərini artırmağa yönəltdik” – bu fikirləri Belediyye.infoya Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov bildirib.

Sədr bildirib ki, əvvəlki illərdə qurulmuş vergi-uçot sistemini təkmilləşdirməklə ciddi irəliləyişə nail ola bildik. 

2024-cü ildə 11.412 manat torpaq vergisi,  237 manat əmlak vergisi, bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən əldə olunan vəsaitin həcmi 38.918 manat, torpaq satışından 12.368 manat, mehmanxana rusumlarından 270 manat maliyyə vəsaiti əldə etməklə altı ay ərzində 63.205 manat ümimi büdcə gəliri əldə edilmişdi.  

2025-cü ilin altı ayı ərzində 36.440 manat torpaq vergisi,  25.474  manat əmlak vergisi, bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən əldə olunan vəsaitin həcmi 62.666 manat, torpaq satışından  18.952 manat, mehmanxana rusumlarından 315  manat maliyyə vəsaiti əldə etməklə altı ay ərzində 143.848 manat manat ümimi büdcə gəliri əldə edilib. 

Bu isə ötən illin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirinin  227 faiz artırılması deməkdir. Cari ilin sonunadək bu rəqəmi bir qədərdə artırmaq niyyətindəyik. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/